Qazaxıstanda “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Uşaqlar müharibəyə qarşı” mövzusunda rəsm müsabiqəsi keçirilib

Qazaxıstanda “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Uşaqlar müharibəyə qarşı” mövzusunda rəsm müsabiqəsi keçirilib 23 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu Qazaxıstan Xalqları Milli Assambleriyasının Qərbi Qazaxıstan vilayəti təşkilatı ilə birgə Uralsk şəhərinin Dostluq sarayında tədbir keçirilib.
Tədbir İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Baş konsulluq tərəfindən Qərbi Qazaxıstan vilayətində təşkil olunmuş “Uşaqlar müharibəyə qarşı” rəsm musabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunub.
Tədbirdə Qərbi Qazaxıstan vilayətində yaşayan çox saylı soydaşlarımızla yanaşı vilayətin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, Uralsk şəhərinin incəsənət və rəssamlıq məktəblərinin müəllim və tələbələri, vilayətdə fəaliyyət göstərən digər diasporaların rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində qonaqlar, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Uralsk şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Uşaqlar müharibəyə qarşı” mövzusunda keçirilmiş müsabiqədə iştirak etmiş rəsmlərin sərgisinə baxıblar.
Tədbiri Qazaxıstan Xalqları Milli Assambleriyasının Qərbi Qazaxıstan vilayəti təşkilatının sədr müavini Kapakov Qaysa Xamidullayeviç açaraq, Baş konsulluq tərəfindən keçirilən müsabiqəni yüksək qiymətləndirərək, təşkil olunan tədbirin müharibəyə, terror aktlarına qarşı, günahsız insanların həlak olmasına qarşı uşaq və yeniyetmələrdə dünya görüşlərinin formalaşmasında əhəmiyyətindən danışdı.
Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində son illərdə Azərbaycanın xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən danışdı. O, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat verərək, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçıvəsində Uralsk şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Uşaqlar müharibəyə qarşı” mövzusunda keçirilmiş müsabiqə fəal iştirak etmiş rəssamlıq məktəblərinə və yeniyetmə və gənc rəssamlara minnətdarlığını bildirdi.
Tədbirdə həmçinin, Qərbi Qazaxıstan vilayətində yaşayan azərbaycanlıların “Birlik” milli mədəni cəmiyyətinin sədri Nəcəf Məmmədov, “Edil Jayık” Qazax milli mədəni cəmiyyətinin sədri Zeynulin Amanjol Zeynullayeviç və digərləri çıxış edərək, həlak olmuş insanlar üçün üzüldüklərini bildirmiş və “Uşaqlar müharibəyə qarşı” mövzusunda rəsm müsabiqəsinin keçirilməsinin gənc nəslin daha ədalətli ruhda böyüməsinə, terrora, müharibəyə qarşı, günahsız insanların ölümünə qarşı tərbiyələndirilməsinə dəstək verəcəyini bildirdilər.
Çıxışlardan sonra D.Nurpeisova adına Uralski şəhəri Uşaq İncəsənət məktəbinin şagirdləri müharibəyə qarşı şeyrlər oxudular, musiqi kompozisiyaları səsləndirdilər.
Tədbirin sonunda 10-22 fevral 2018-ci il tarixlərində “Uşaqlar müharibəyə qarşı” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması oldu.
Qeyd edilir ki, rəsm müsabiqəsində Qərbi Qazaxıstan vilayətində fəaliyyət göstərən on iki rəsm və incəsənət məktəbindən 130-dan artıq şagird iştirak edib. Müsabiqənin münsiflər heyəti tərəfindən rəsmlər qiymətləndirilib və müsabiqənin yekununa görə, 7-10, 11-14 və 15-17 yaşlılar arasında I, II və III yerlərə və müsabiqənin qran-pri mükafatlarına layiq görülənlər müəyyənləşdirilib. Bundan əlavə, Baş konsulluğun fəxri fərmanları ilə təltif olunacaq 25 nəfər yeniyetmə rəssam müəyyənləşdirilib.
Təltifetmə mərasimində qaliblərə Baş konsulluğun fəxri fərmanları və Azərbaycan haqqında kitablar təqdim olunub.
Sonda tədbir iştirakçıları tərəfindən Uralsk şəhər Dostluq sarayının önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndirərək səmaya qara şarlar buraxdılar.

Tehsil-press.az

Oxşar xəbərlər