Çinin “Bir kəmər, bir yol” layihəsi nələr vəd edir?
Qloballaşma ali təhsil sahəsində ayrı-ayrı ölkələrin əməkdaşlığının koordinasiyasını prioritet məsələ kimi zərurətə çevirib. Özünü daha qabarıq şəkildə siyasi və iqtisadi sahədə göstərən qloballaşma günümüzdə təhsil sahəsindən də yan keçmir. Azərbaycanın da qoşulduğu Çinin “Bir kəmər, bir yol” layihəsi də tarixi “İpək yolu” coğrafiyasında yerləşmiş ölkələr arasında əməkdaşlığın geniş konturlarını ortaya qoyur. Belə bir sual yaranır: “Bir kəmər, bir yol” layihəsi Azərbaycan da daxil olmaqla bu təşəbbüsə qoşulan ölkələrə ali təhsil sahəsində hansı perspektivləri vəd edir?
Sualımıza cavab almaq üçün Amerika və Asiyanın bir sıra universitetlərinin əməkdaşlarına müraciət etdik.
Təhsil və elmi inkişaf üçün
Amerikanın Boston Kollecinin professoru, kollec nəzdində Beynəlxalq Ali Təhsil Mərkəzinin təsisçi direktoru Filipp Altbaxın fikrincə, əgər “Bir kəmər, bir yol” (Belt and Road Initiative) yalnız Çin üçün deyil, BRI ölkələri arasında da akademik əməkdaşlıq və tədqiqat üçün bərabər əsaslarla imkan yaradarsa, bu təşəbbüs təhsil və elmi inkişaf üçün faydalı ola bilər: “Əlbəttə ki, ölkələr və qurumlar üçün vacibdir ki, bu əməkdaşlıq onların öz maraqlarına uyğun olsun və sadəcə Çinin “yumşaq güc”ünün (soft power) nəticəsi olmasın”.
Ali təhsil mövzusunda 50-dən artıq kitabın müəllifi, eyni zamanda Pekin Universitetinin də fəxri professoru olan F.Altbax hesab edir ki, Çin beynəlxalq ali təhsil sahəsində fəal iştirak edir. Xarici ölkələrdən, əsasən də Asiya qitəsindən 440 mindən çox tələbə Çində təhsil alır. Bu isə o deməkdir ki, Çinin çoxmilyardlı “Bir kəmər, bir yol” təşəbbüsündə ali təhsil əhəmiyyətli komponent təşkil edir. Digər tərəfdən, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlıq edən ölkələr ehtimal ki, bu əməkdaşlığın və birgə iştirakın inkişafını görəcəklər.
Azərbaycanda təhsilin inkişafına proqressiv töhfələrini verə bilər
Çin Xalq Respublikasının Huazhonq Elm və Texnologiya Universitetinin müəllimi, tibb üzrə fəlsəfə doktoru Davei Ye: - Çinin “Bir kəmər, bir yol” (Belt and Road Initiative - BRI) təşəbbüsü təkcə bu layihədə iştirak edən ölkələrin deyil, həm də Birləşmiş Ştatlar və Avropa İttifaqı kimi digər daha böyük oyunçuların da diqqətini cəlb etdi. Çin Xalq Respublikasının Qlobal meqa-infrastrukturun yaradılması üzrə böyük planı bütün dünyada on minlərlə tədqiqatçının həyat və fəaliyyətini dəyişdirəcək. Çin qəzetləri də yazır ki, Çin hökuməti yeni təşəbbüs çərçivəsində 125 ölkə, həmçinin Azərbaycanla 170-dən çox razılaşma imzalayıb. Təkcə 2013-2018-ci illər arasında bu sazişlər üzrə Çin investisiyalarının həcmi 90 milyard dollardan artıq vəsait təşkil edib. Azərbaycan hökuməti və şirkətləri həmçinin Çin şirkətləriylə bir neçə milyon ABŞ dolları həcmində çoxsaylı razılaşmalar imzalayıb. Bu, o deməkdir ki, Çin və Azərbaycan arasında təhsil və texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanda elmin (tibb, molekulyar biologiya, fizika, astronomiya və başqa) inkişafına imkan yarada bilər. Çin universitetləri və elmi-tədqiqat təşkilatları “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycan universitetlərinin, tədqiqat mərkəzlərinin və başqa elmi müəssisələrin gələcək elmi inkişafına proqressiv töhfələrini verə bilər.
Qeyd edək ki, “Bir kəmər, bir yol” geoiqtisadi siyasətinin strateji ideyaları nəinki ölkələr arasında əməkdaşlıq münasibətlərinin inkişafına imkan yaradır, həm də ali təhsil və yüksək ixtisaslı kadrların hazırlığı sahəsində də böyük perspektivləri təmin edir. Bu siyasət kontekstində, yeni iqtisadi “İpək yolu” layihəsinin iştirakçıları olan ölkələr ali təhsil sahəsində innovasiya texnologiyalarını möhkəmlətməli, ali təhsil sistemlərini təkmilləşdirməli, təhsil proqramlarını yaxşılaşdırmalı, tələbələrin sayını artırmalı və tədrisi tədqiqat təcrübəsilə uyğunlaşdırmalıdır. Ancaq yeni iqtisadi “İpək yolu” ölkələrində Çin tərəfindən təhsil proqramlarının inkişaf etdirilməsi məsələlərində böyük çətinliklər də var. Onlardan ən əsaslarından biri “Bir kəmər, bir yol” regionu ölkələrində Çin və əcnəbi dilli müəllimlərin çatışmazlığıdır.
Təhsil - “Bir kəmər..” strategiyasının məntiqi davamı
Tailand Krallığının Suan Sunandha Racabat Universitetinin professoru “The Euraseans” jurnalının redaktoru Denis Uşakov hesab edir ki, “Bir kəmər, bir yol” Qərb qloballaşmasının konseptual alternatividir və qitədə hər şeydən əvvəl müasir nəqliyyat infrastrukturu, logistik mərkəzləri, birgə investisiya layihələri, əlverişli ticarət rejimləri, innovasiyaların transferi, texnologiyalar və sair hesabına qarşılıqlı sərfəli qonşuluğun iqtisadi şəraitinin formalaşmasına, dövlətlərarası əməkdaşlığın və geosiyasi sabitliyin inkişafına yönəldilib.
Onun sözlərinə görə, təhsil sahəsində əməkdaşlığın inkişafı “Bir kəmər, bir yol” strategiyasının məntiqi davamıdır. Və bu siyasət Avrasiya məkanında Çinin üstünlüyünün təmin olunması hədəflərinə yönəlik effektiv fəaliyyətdir. Bu isə o deməkdir ki, “kəmər” ölkələrində çinli mütəxəssislərin cəlb edilməsi ilə həyata keçirilən birgə layihələr Çinin imicini gücləndirəcək, həm də bu ölkəni innovasiyaların daşıyıcısı, texnologiyalar, dünya səviyyəli ixtisaslaşmış kadrların hazırlanması məkanı kimi tanıdacaq. Çinin aparıcı universitet mərkəzlərində xarici tələbələrin təhsil proqramları “kəmər” ölkələrində Çinə fokuslanmış yerli elitaların formalaşmasının, eyni zamanda qlobal axtarışın və istedadlı gənclərin işlə təmin olunmasının güclü mexanizmi, eləcə də effektiv alətidir. Bundan başqa, layihədə bilavasitə Çin kapitalı, universitetləri və biznesi hesabına “kəmər” ölkələrinin ərazisində beynəlxalq təhsil və elmi mərkəzlərin inkişaf etdirilməsi də əsas hədəflərdəndir.
“Kəmər” innovasiyaların inkişafına təkan verəcək
Beləliklə də layihənin təşəbbüskarları qeyd edirlər ki, “Bir kəmər, bir yol”un məqsədi region ölkələrində innovasiyaların inkişafına təkan verməkdir. Məhz innovasiyalar inkişafa təkan verən önəmli qüvvədir.
Layihənin təqdimatında bildirilib ki, innovasiyalı inkişafa yardım etməli və rəqəmsal iqtisadiyyat, süni intellekt, nanotexnologiya və kvant hesablama texnikası kimi öncül sahələrdə əməkdaşlığı fəallaşdırmalıyıq. Elm və texnologiyanı sənaye və maliyyəyə tətbiq etməklə innovasiya üçün şərait təkmilləşdirilməli və resursları birləşdirməklə onların inteqrasiyası sürətləndirilməlidir. Müxtəlif ölkələrin gəncləri üçün inkubatorlar yaradılmalıdır ki, internet dövründə biznesin inkişafı və arzuların həyata keçməsinə imkan yaransın.
Çin innovasiyalar sahəsində başqa ölkələrlə əməkdaşlığı möhkəmləndirəcək. “Bir kəmər, bir yol” çərçivəsində elm və texnologiya sahəsində nailiyyətlərin beynəlxalq mübadiləsi, birgə laboratoriyaların yaradılması, texnoparkların əməkdaşlığı və texnologiyaların ötürülməsi üzrə təşəbbüsləri ehtiva edən elm, texnologiya və innovasiya sahəsində Perspektiv əməkdaşlıq planının gerçəkləşdirilməsi nəzərdə tutulub. Yaxın beş il ərzində 2,5 min gənc əcnəbi alim Çinə qısamüddətli araşdırmalara dəvət olunacaq, 5 min xarici alim, mühəndis və menecerə təlim keçiləcək və 50 birgə laboratoriya yaradılacaq.
Beləliklə də “Bir kəmər, bir yol” təşəbbüsü ali təhsil sahəsində əməkdaşlıq platformasının yaradılmasını, sıx regional əməkdaşlığın təmin olunmasını, “İpək yolu”nda yerləşən ölkələr və regionlarda olan universitetlər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur ki, bu da nəticə etibarı ilə universitetlər arasında tələbə mübadilə proqramlarının hazırlanmasına imkan vermək, ali məktəblər arasında səyləri birləşdirmək və elm, siyasət, iqtisadi tədqiqatlar, kadr hazırlığı və s. sahələrində beynəlxalq əlaqələri qaydaya salmaq, iştirakçı ölkələrdə təhsilin keyfiyyətini yüksəltmək, Avrasiya regionunda yeni “İpək yolu” iqtisadi kəməri ölkələrinin iqtisadi artımına imkan yaratmaq məqsədi daşıyır.

Oruc MUSTAFAYEV