Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib

Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib Aprelin 25-də təhsil naziri Ceyhun Bayramov Pekində keçirilən “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib.
Təhsil naziri proqram çərçivəsində təşkil olunan “Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış edib. Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn və təhsilin bütün sahələrində aparılan islahatlar, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu məqsəd və vəzifələr, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təhsil sahəsində görülən tədbirlər, iki ölkə arasında həyata keçirilən əməkdaşlıq haqqında məlumat verib.
Forumda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Miqel Anqel Moratinos, UNICEF-in icraçı direktoru Henrietta Foren, Mozambik Respublikasının Prezidenti Filipe Nyusi, Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myint və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç də çıxış edib.

Tehsil-press.az

Oxşar xəbərlər