Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” çərçivəsində “STEM-ə doğru addım-addım” mövzusunda konfrans keçirilib.
Konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb rəhbərləri, “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlər və digər şəxslər iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd birgə təlim metodlarına əsaslanaraq 45 dəqiqəlik dərs zamanı eyni mövzunun iki fənn müəllimi tərəfindən tədrisini nümayiş etdirməklə təcrübə mübadiləsi və əməkdaşlığa nail olmaqdır.
Tədbirdə çıxış edən Məhəbbət Vəliyeva məktəblərdə STEM təhsil proqramının tətbiqinin əhəmiyyətindən danışıb. STEM-in təhsildə istifadə olunan yeni yanaşmalardan biri olduğunu deyən nazir müavininin sözlərinə görə, bu tədris metodunun əsas məqsədi şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməkdir.
M.Vəliyeva STEM dərsləri tədris olunan məktəblərdə müəllimlərə xüsusi təlimlər keçirilməsinin də vacibliyini vurğulayıb.
Nazir müavini bu təhsil müəssisəsinin təşəbbüsünü müsbət qiymətləndirib.
“STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlər təcrübələrini bölüşüblər. Qeyd olunub ki, 50 təhsil mütəxəssisi İsraildə və Bakıda beş həftəlik təlimlərdə iştirak edib. Təlimlər çərçivəsində STEM təhsil proqramının Azərbaycan kurikulumlarına uyğunlaşdırılması və bu məzmunun yerli mütəxəssislərə çatdırılması, məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən metodik dəstəyin göstərilməsi üzrə kurslar təşkil olunub.
Tədbirdə məktəb-liseyin builki tədris ilinə dair fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Mətbuat Xidməti