Azərbaycanda son illər təhsil sahəsində aparılan islahatlar müəllim peşəsinə olan marağı daha da artırıb. Cəmiyyətdə təhsilin inkişafını təmin edən əsas faktor müəllimdir.
Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Nazir müavini məlumat verib ki, bu il 2090 gənc 500-dən yüksək bal toplayaraq müəllimlik peşəsini seçib. Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarında iştirak üçün müraciət edən namizədlərin sayı 51 min olub. İmtahanların nəticəsinə görə, 4 min 83 nəfər daimi əsaslarla işə qəbul olunub. Təxminən 2 min müəllim müddətli müqavilə əsasında məktəblərdə işini davam etdirəcək.
Təhsil müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun gücləndirilməsinin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini deyən M.Vəliyeva qeyd edib ki, son 15 ildə ölkəmizdə fəaliyyət göstərən 4 min 500 məktəbin 3 min 500-ü əsaslı şəkildə təmir olunub və yeni məktəblər tikilib.

Mətbuat Xidməti