“Təhsildə İnnovativ təlimlər”

“Təhsildə İnnovativ təlimlər” Göygöldə 220 müəllimə ixtisasartırma kursu keçilir.
Göygöl rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən 220 müəllimə “Təhsildə İnnovativ təlimlər” mövzusunda ixtisasartırma kursu keçilir.
Təlimin məqsədi orta məktəb dərsliklərində edilən dəyişikliklər, eləcə də təhsil sahəsindəki yeniliklər haqqında müəllimləri ətraflı məlumatlandırmaqdır.
Kurslar təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil edilib.
Müəllimlərin yüksək qiymətləndirdiyi ixtisasartırma kursuna iyulun 30-dan başlanılıb. Kurslar mərkəzləşdirilmiş qaydada 10 qrupda təşkil edilib. Kursun sonunda bütün iştikakçı müəllimlər üçün yekun imtahan da keçiriləcək.
“Təhsildə İnnovativ təlimlər” mövzusunda ixtisasartırma kursu eyni vaxtda respublikanın 23 şəhər və rayon məktəblərinin müəllimləri üçün keçirilir. Təlimlər avqustun 23-də yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər