ADU-da İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib

ADU-da İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib Mayın 23-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanda dinlər və multikultural yanaşma” seminarı çərçivəsində İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla sərginin açılışında iştirak edən İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavı universitetdən görməkdən şad olduğunu bildirib. Rektor sərgidə nümayiş olunan materialların Los-Ancelesdəki Simon Vizuntal Mərkəzinin əməkdaşı Ravin Kupper tərəfindən göndərildiyini deyib. Sərginin universitetin digər tədris binalarında da keçiriləcəyini deyən rektor ölkənin başqa universitetlərinə də bu sərginin həyata keçirilməsi üçün təkliflər olunacağını bildirib. Universitet rəhbəri sərginin diqqət mərkəzində qurulmasını İsrail xalqına böyük məhəbbətin nümayişi olduğunu deyib.
Səfir ADU-da olmaqdan məmnunluğunu ifadə edib. O, İsrail dövləti ilə bağlı adət-ənənəni davam etdirmək, tarixini daim yad etmək, xüsusilə Holokost faciəsinin anılması üçün yaratdığı şəraitə görə universitet rəhbərinə təşəkkürünü bildirib. Azərbaycanın da azadlıq uğrunda böyük itkilər verdiyini deyən səfir bu gün ADU-nun yəhudi faciəsinə laqeyd qalmamasını yüksək dəyərləndirib. Səfir sərginin İsrail dövlətinə məxsus məqamları əks etdirməklə böyük miqyasa malik olmasından şad olduğunu dilə gətirib.
Daha sonra sərgiyə baxış keçirilib, ADU-nun Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasının müdiri İrina Kunina qədim yəhudi mədəniyyəti və İsrail dövləti haqqında məlumatları əks etdirən stendlər haqqında məlumat verib.
Sərgi bir həftə müddətində davam edəcək.
Qeyd edək ki, iki gün davam edən “Azərbaycanda Dinlər və multikultural yanaşma” seminarında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dinlər tarixinə baxış”, ADU-nun Multikulturalizm
Elmi tədqiqat laboratoriyasının əməkdaşı Əli Fərhadov “XIX-XX əsrin əvvəlləri Azərbaycanda islam”, İsrail və Yaxın Şərq Mərkəzinin əməkdaşı Günay Səfərova “Azərbaycanda yəhudilik” mövzularında çıxış ediblər. Seminar Beynəlxalq Bakı Multikulturalizm Mərkəzi, ADU-nun Multikulturalizm Elmi tədqiqat laboratoriyası, İsrail və Yaxın Şərq Mərkəzi, Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

ADU-nun Mətbuat Xidməti


ADU-da İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib

ADU-da İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib

ADU-da İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib

Oxşar xəbərlər