İyulun 21-də ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, israilli alim Brenda Şaffer, Hayfa Universitetinin professoru Avina Am İdan və məşhur israilli jurnalist Yaron Londonla görüşüb. ADU-da İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini deyən K.Abdulla Azərbaycan və yəhudi xalqlarının münasibətlərinin çox maraqlı və zəngin tarixə malik olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda yaşayan yəhudi xalqının nümayəndələri arasında ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Milli Qəhrəman adına layiq görülmüş şəxslər var. Akademik deyib ki, azərbaycanlılar və yəhudilərin dostluğu çox möhkəm xarakter daşıyır. İbri dili kimi Azərbaycan dilinin də özündə qədim tarixi və mədəniyyəti əks etdirdiyini deyən K.Abdulla qonaqlara “Kitabi-Dədə Qorqud” dastanını misal çəkib. K.Abdulla nümayəndə heyətinə Azərbaycan multikulturalizmi fenomeni barədə də danışıb.
Öz növbəsində Y.London Azərbaycana ilk dəfə gəldiklərini söyləyib. O, bildirib ki, həm azərbaycanlılar, həm də yəhudilər öz mədəniyyətləri ilə məşhur olan xalqlardır: “Mən belə hiss edirəm ki, azərbaycanlılarla biz öz mədəniyyətimizi qorumaq baxımından çox oxşarıq. Azərbaycan elə bir ölkədir ki, biz burada özümüzü evimizdəki kimi hiss edirik”.
Daha sonra Y.London ADU-nun İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “İbri dilinin dirçəlməsi” mövzusunda mühazirə oxuyub. “Biz bilməliyik ki, dil mədəniyyətin göstəricisidir. Dünyada mövcud olan bütün xalqların dili və əlifbası tarixi proseslər zamanı dəyişikliklərə məruz qalıb. Azərbaycan və İsrail xalqları qədim tarixi köklərə dayanan dil mədəniyyətinə sahibdir. Hər iki xalq öz dilini müxtəlif istilalar zamanı qoruyub saxlamağa müvəffəq olub”. Y.London İsrail xalqının qədim dil tarixinə malik olduğunu söyləyib və müxtəlif dövrlərdə məruz qaldığı istilalar nəticəsində bu xalqın dilində də müəyyən dəyişikliklərin baş verdiyini sözlərinə əlavə edib.
Sonra ibri dilinin yaranması və tarixi inkişaf mərhələləri haqqında ətraflı məlumat verən Y.London Sami dil ailəsinə daxil olan, eyni zamanda İsrail dövlətinin rəsmi dövlət dili olan ibri əlifbası barədə də tələbələrə ətraflı məlumat verib.
Sonda isə Y.London tələbələrin suallarını cavablandırıb və universitetin İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinə müəllifi olduğu “Canlıların karnavalı” adlı kitabını hədiyyə edib.

ADU-nun Mətbuat Xidməti