Bakı Slavyan Universitetində noyabrın 15-də BSU və Türkiyənin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı beynəlxalq elmi konfrans bu gün öz işini başa çatdırıb.
Konfransın ikinci günü tolerantlığa həsr olunmuş tədbirlə yadda qalıb. Belə ki, universitetin foyesində Azərbaycan və Türkiyə mədəniyyətinin ortaq çalarlarını əks etdirən, ölkəmizin gənc rəssamlarının əl işlərindən ibarət sərgi keçirilib.
Sərginin açılışında çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi Bakı Slavyan Universitetində keçirilən beynəlxalq elmi konfransın iki qardaş ölkə arasında humanitar istiqamətdə əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağını dilə gətirib. İ.Çiftçi qeyd edib ki, konfrans çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan və Türkiyənin milli ənənələrini, mədəniyyətini, türk-islam sənətinin tarixini əks etdirən rəsmlərin nümayişi bu iki ölkənin sarsılmaz bağlarla bir-birinə bağlı olduğunu bir daha sübut edir.
Sonra söz alan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva rəhbəri olduğu ali təhsil müəssisəsində belə bir sərginin açılmasından məmnunluq ifadə edib. O bildirib ki, sərginin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq mədəni əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır. İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham qaynağı olduğunu deyən Nurlana Əliyeva qeyd edib ki, fərqli üslub və motivləri əhatə edən tablolarda müxtəlif janr və texnikalarda işlənmiş əsərlər yer alıb. Nurlana Əliyeva nitqinin sonunda sərginin təşkilində əməyi olan gənc rəssamlara təşəkkür edib.
Sərginin təşkilatçılarından Azərbaycan-Türkiyə rəssamı Günay Mehdizadənin köməkçisi Ceyhun Abdullayev çıxışında qeyd edib ki, 20-dən artıq sənət əsəri nümayiş edilən sərgidə azərbaycanlı gənc rəssamlar Günel Rəvilova, Fərid Mirzəyev, Könül İsmayılova, Rüfət Əsgərov, Nuray Allahverdiyeva, Cavid Məmmədovun əsərləri də yer alıb. Bu rəsmlərin sırasında rəssam Günay Mehdizadəyə, eyni zamanda özünə aid əsərlərin də olduğunu deyən C.Abdullayev sənətsevərlər üçün yaradılan şəraitə görə BSU rəhbərliyinə minnətdarlıq edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan əsərlər xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi çərçivəsində 16 noyabr Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar BSU-nun tərcümə fakültəsinin tələbələri tərəfindən tolerantlıq rəqsi təqdim olunub.
Beynəlxalq Tolerantlıq Günü münasibətilə tərcümə fakültəsinin tələbələri müxtəlif dünya xalqlarının milli geyimlərini sərgiləyiblər. Tələbələr milli və xarici mətbəxə məxsus hazırladıqları təamlardan qonaqlara təqdim ediblər.
BSU-nun Mətbuat Xidməti