Oktyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov universitetin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) “Səfirdən Gələcək Səfirlərə” layihəsinin növbəti qonağı İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stavı qəbul etdi.
Qonağı salamlayan professor D.Yunusov onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, universitetin tarixi, beynəlxalq əlaqələri haqqında qonağa məlumat verdi. Universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında danışan professor İsrail Araşdırmalar mərkəzi barəsində söz açdı. O, mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək tələbələrin ivrit dilinə böyük maraq göstərdiklərini vurğuladı. Belə görüşlərin ikitərəfli əlaqələri daha da möhkəmləndirdiyini deyən professor D.Yunusov Diplomatlar klubunun fəaliyyətini yüksək qiymətləndirdi. O, klubun “Səfirdən Gələcək Səfirlərə” layihəsi çərçivəsində müxtəlif ölkələrin səfirləri ilə silsilə görüşlər təşkil etdiyini vurğulayaraq bunun universitet rəhbərliyi tərəfindən dəstəkləndiyini sözlərinə əlavə etdi.
Səmimi qəbula görə təşəkkür edən səfir Dan Stav tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirdi. O, təhsil sahəsində olan əməkdaşlığın ikitərəfli əlaqələrdə böyük önəm daşıdığını qeyd etdi və səfirliyin Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığından məmnun olduğunu dilə gətirdi. Səfirlik ilə universitetin əlaqələrinin daha da möhkəmlənəcəyinə ümid etdiyini söyləyən səfir Dan Stav birgə layihələrin həyata keçirilməsinin də bu baxımdan səmərəli olacağını sözlərinə əlavə etdi.
Görüşdən sonra İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stav universitet tələbələri ilə görüşdü.
Öncə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev bu gün Diplomatlar klubunun təşəbbüsü ilə növbəti əhəmiyyətli görüşün keçirildiyini vurğuladı. Səfiri tələbələrə təqdim edən fakültə dekanı onun diplomatiya sahəsindəki təcrübələrini bölüşəcəyini qeyd etdi. O, bu görüşdən sonra tələbələrin diplomatiya haqqında faydalı və vacib məlumatlar əldə edəcəyinə əminliyini ifadə etdi.
Tələbələri salamlayan səfir universitet rəhbərliyi başda olmaqla görüşün baş tutmasında əməyi keçən hər kəsə təşəkkür etdi.
İsrail-Azərbaycan diplomatik əlaqələri haqqında tələbələrə məlumat verən səfir 25 dekabr 1991-ci ildə İsrailin Azərbaycanın müstəqilliyini tanıdığını və ikitərəfli əlaqələrin 6 aprel 1992-ci ildən etibarən qurulduğunu vurğuladı. O, İsrail və Azərbaycan dövlət başçılarının görüşlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini qeyd etdi. Azərbaycan xalqının tolerant və sülhsevər olduğunu deyən səfir hər zaman yəhudilərin azərbaycanlılarla dostcasına yaşadığını sözlərinə əlavə etdi. Səfir ölkələrarasında mədəni əlaqələrin də inkişaf etdiyini bildirdi. O, Azərbaycandakı Yəhudi icmasının fəal icmalardan biri olduğunu qeyd etdi.
Görüş çərçivəsində səfir Dan Stav “Beynəlxalq və regional təşkilatlarda İsrail dövlətinin rolu”, “Beynəlxalq arenada İsrailin innovativ diplomatiyada mövqeyi”, “Yeni dövrdə yaranmış İsrail dövlətinin yenilikçi mövqeyi”, “Uğurlu səfir olmağın sirləri” mövzularında çıxış etdi.
Daha sonra Diplomatlar klubu haqqında səfirə məlumat verən klubun sədri Ramin Həbibzadə qonağa dəvəti qəbul edib gəldiyi üçün tələbələr adından təşəkkürünü bildirdi.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması və xatirə şəkilinin çəkilməsi ilə yekunlaşdı.
Qeyd edək ki, görüşdən sonra İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış oldu.
ADU-nun Mətbuat Xidməti