Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət birləşmiş xor kollektivi yaradılıb. BŞTİ və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə yaradılan xor kollektivi “Xoşbəxt olsun uşaqlar” layihəsi çərçivəsində reallaşdırılıb.
Layihənin əsas məqsədi məktəblərarası mədəni əlaqələrin möhkəmləndirilməsi və ümumi təhsil müəssisələrində uşaq-xor fəaliyyətinin genişləndirilməsindən ibarətdir. Layihəyə könüllü olaraq 33 ümumi təhsil müəssisəsi qoşulub. Birləşmiş xor kollektivi 8-14 yaşlı şagirdlər daxil olmaqla, ümumilikdə 500 məktəblidən ibarətdir.
Birləşmiş xor kollektivi Heydər Əliyev Mərkəzinin parkında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festivalda da iştirak edib. Tədbirdə xor kollektivi Azərbaycan Respublikasının Dövlət himnini, eləcə də müəllif əsərləri olan “Uşaq himni”ni və “Ağlamasın uşaqlar” mahnısını ifa edib.
BŞTİ-nin Mətbuat Xidməti