
İməciliklər zamanı paytaxtın ümumi təhsil məktəblərinin kollektivi və valideyn icmasının iştirakı ilə məktəblərin həyətyanı sahələri təmizlənib, abadlıq işləri aparılıb, gül-çiçək əkilib. Şagirdlərə yel çərşənbəsinin mahiyyəti, adətləri barədə məlumat verilib.
Layihənin həyata keçirilməsinin məqsədi şagirdlərin Azərbaycanın adət-ənənələri ilə məlumatlandırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasıdır.
Qeyd edək ki, bir sıra məktəblərdəki çərşənbə iməciliklərinə SOCAR-ın Ekologiya İdarəsi də dəstək verib.
İməciliklərin növbəti çərşənbədə də davam etdirilməsi nəzərdə tutulub.
BŞTİ-nin Mətbuat Xidməti