Kerri prezident seçkilərində iştirak etməyəcək

Kerri prezident seçkilərində iştirak etməyəcək ABŞ-ın keçmiş dövlət katibi Con Kerri 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.
O, bu barədə “Sky News” telekanalına müsahibəsində danışıb.
“Mən bu haqda, hələ Coy Baydenin qəti qərara gəlmədiyinə qədər, düşünürdüm”, - deyə Kerri bəyan edib.
“Mən şadam ki, o, iştirak edəcək. Biz onunla köhnə dostuq. Ümid edirəm ki, nəticədə bizim ölkəni ən yaxşı istiqamətdə apara biləcək namizədimiz olacaq”, - siyasətçi əlavə edib.
Qeyd edək ki, daha əvvəl bildirilirdi ki, keçmiş prezident Barak Obamanın dövründə dövlət katibi vəzifəsində çalışan 75 yaşlı Con Kerri 2020-ci ildə keçiriləcək seçkilərdə Demokratlar Partiyasından iştriak edəcək namizədlərin sırasında idi.

Tehsil-press.az



Oxşar xəbərlər