Azərbaycan Dillər Universitetində (ADU) yay imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
Mediaturda 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri, təhsil ekspertləri, QHT təmsilçiləri iştirak ediblər. Onlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyiblər.
Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev mediatur iştirakçılarına imtahan prosesi barədə məlumat verib. O bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması nəzərdə tutulub. Tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılması növbəti imtahana qədər təşkil ediləcək. Sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının nümayəndələri, valideynlər imtahan prosesini müşahidə edəcəklər.
Həmçinin sessiya müddətində imtahanların təşkilində və gedişində nöqsanlara və neqativ hallara yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görmək məqsədilə İmtahan Qərargahı fəaliyyət göstərir.
Mediatur iştirakçıları ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüblər. Rektor qonaqlara mediaturda iştirak etdiklərinə görə təşəkkürünü bildirib, media nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib. Rektor daha sonra universitetin tədris prosesi və beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media mənsubları ilə universitet arasında əməkdaşlığın əhəmiyyətindən söz açıb, bu əlaqələrin davamlı olmasının vacibliyini vurğulayıb.
Rektor KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şərait yaradıldığını bildiriblər.
ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Hüseynov Əlibala AZƏRTAC-a bildirib ki, tələbə imtahanda göstərdiyi nəticəyə görə qiymətləndirilir. “Tələbələr rahat şəkildə imtahanlarda iştirak edir və sualları cavablandırır. İmtahan nəticələri isə obyektiv qiymətləndirilir. Nə imtahan prosesində, nə də biliyin qiymətləndirilməsi zamanı tələbəyə qarşı qərəzli mövqe nümayiş etdirilmir”, - deyə Əlibala Hüseynov qeyd edib.
Xatırladaq ki, sessiya ilə əlaqədar olaraq ADU-nun 441-58-63, 440 -06-51, 564-06-51 saylı telefonları və [email protected] elektron poçtu “Qaynar xətt” elan edilib.
ADU-nun Mətbuat Xidməti