ADU-da mediatur təşkil olunub

ADU-da mediatur təşkil olunub Yanvarın 9-da Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və QHT təmsilçilərinin iştirakı ilə mediatur təşkil olunub.
Rektor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla KİV nümayəndələri ilə görüşüb.
Rektor qonaqlara mediaturda iştirak etdiklərinə görə təşəkkürünü bildirib, onları universitetdə görməkdən şad olduğunu deyib.
K.Abdulla KİV-də daim obyektiv xəbərlər və xoş münasibətlə qarşılaşdığını qeyd edib.
Universitetdə tədrisin ən ağır dönəminin başladığını bildirən rektor imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək Operativ Qərargahın yaradıldığını söyləyib.
İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan K.Abdulla imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil olunması, hər bir imtahan otağında tələbələrə yardım məqsədi ilə lüğət və proqramın qoyulmasından bəhs edib.
K.Abdulla valideynlərin imtahan sessiyasını müşahidə etməsinin təşkili ilə bağlı danışıb. Rektor universitet haqqındakı ittihamlara da aydınlıq gətirib.
Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev KİV təmsilçilərinə imtahan prosesi barədə məlumat verib.
KİV nümayəndələri və QHT təmsilçilərinin imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər.
Öz növbəsində nümayəndələr prosesin təşkili və gedişatından razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə 3 yanvar 2019-cu ildən 4 fevral 2019-cu ilədək davam edəcək.
İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, əlavə vaxta ehtiyac yarandığı halda nəzərə alınması müəyyənləşdirilib.
Əlavə edək ki, əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.
ADU-da 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

ADU-nun Mətbuat Xidməti


ADU-da mediatur təşkil olunub
ADU-da mediatur təşkil olunub
ADU-da mediatur təşkil olunub
ADU-da mediatur təşkil olunub
ADU-da mediatur təşkil olunub
ADU-da mediatur təşkil olunub
ADU-da mediatur təşkil olunub


Oxşar xəbərlər