Kamil azadlıqda - “10 gün nədir ki?”

Kamil azadlıqda - “10 gün nədir ki?” İdmançı Kamil Zeynallı azadlığa çıxıb.
Bu barədə idmançı özü sosial şəbəkədə video paylaşaraq məlumat verib:
“Çox şükür, hər şey yaxşıdır. Bu gün saat 17:00-da məni buraxdılar. Hamıdan razıyam. Səhvimiz var idi, cəzamızı çəkdik, gəldik. 10 gün nədir ki? Camaat illərlə həbs yatır. Allah içəridə olan hər kəsin qapısını açsın. Dövlətimizdən, hər kəsdən razıyam. Başda rəisimiz Ramin müəllim olmaqla, bütün işçilərdən çox razıyam. Hamıyla necə davranırdılarsa, mənimlə də ocür davranırdılar. İnsan getdiyi yerdə özünü necə aparırsa, onunla o cür də rəftar edirlər. Hamıya təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, Kamil Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası almışdı.
İdmançının həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

Tehsil-press.az

Oxşar xəbərlər