İrana müalicə üçün gələnlər arasında azərbaycanlılar da var - Nazir müavini

İrana müalicə üçün gələnlər arasında azərbaycanlılar da var - Nazir müavini Hər il 300 min xarici vətəndaş müalicə üçün İrana səfər edir.
Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçi Ərdəbildə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin nümayəndələrinin səhiyyə turizmi üzrə 2-ci iclasında deyib.
İ.Hərirçinin sözlərinə görə, İran bu yolla 1,2 milyard dollar gəlir əldə edib.
Nazir müavini əlavə edib ki, qonşu ölkə vətəndaşları, o cümlədən İraq, Əfqanıstan, Azərbaycan və Pakistan vətəndaşları müalicə üçün İrana səfər edirlər:
"İran regionda səhiyyə turizminin mərkəzinə çevrilməyə, dost və qonşu ölkələrə xidmət göstərməyə çalışır".
Nazir müavini bildirib ki, son illər İranda səhiyyə sektorunda adambaşına xərc 1 707 dollara çatıb.

Tehsil-press.az



Oxşar xəbərlər