2,5 milyondan çox donuz məhv edildi - SƏBƏB?

2,5 milyondan çox donuz məhv edildi - SƏBƏB? Vyetnamda Afrika taunu virusu ilə əlaqədar fermalarda 2,5 milyondan çox donuz məhv edilib.
Tehsil-press.az-n məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi bildirib ki, “donuzların Afrika taunu” 63 əyalətin 58-də fermalarda yayılıb.
Bununla belə, Vyetnamda virusla əlaqədar fövqəladə vəziyyətin elan olunmayacağı bildirilib.
Qeyd olunur ki, bu virus kənd təsərrüfatına böyük ziyan vursa da, onun insana yoluxmaq təhlükəsi yoxdur.

Tehsil-press.az



Oxşar xəbərlər