Azərbaycan artıq Ukrayna və Rusiyanın cənub hissəsində donuzlar arasında Afrika taununun aşkarlanması barədə məlumatlandırılıb.
Bunu özəl olaraq Tehsil-press.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Y.Xanvəlinin sözlərinə görə, hazırda Azərbaycan yalnız İspaniya, Hollandiya, Danimarka və Avstriyadan donuz əti və donuz piyi idxal edir ki, həmin ölkələrdə də donuzlar arasında epizootik vəziyyət sabitdir. Ukrayna və Rusiyadan isə Azərbaycan donuz əti və donuz piyi idxal etmir. Lakin Rusiyadan xəstəliyin qeydə alınmadığı və risk zonasına daxil olmayan ərazilərdən donuz əti və donuz piyinin istifadə edildiyi məhsullar ölkəmizə gətirilir.
Həmin məhsulların tərkibindəki donuz əti və piyinin bişmiş vəziyyətdə olduğunu deyən Y.Xanvəli belə məhsullarla bağlı əhali arasında hər hansı narahatlığın yaranmasına əsas olmadığını da söyləyib: “Ümumdünya Sağlamlıq Təşkilatı mütəmadi olaraq, ölkələrdə heyvanlar arasındakı sağlamlıq vəziyyəti ilə bağlı məlumatları təqdim edir. Eyni zamanda, hökumətlərarası müqavilələrə əsasən də bununla bağlı məlumatlar bir ölkədən digərinə ötürülür. Bu məlumatlara əsasən, Azərbaycan xəstəliyin qeydə alındığı və risk zonasına aid olan ərazilərdən ətin idxalına icazə vermir”.
Y.Xanvəlinin sözlərinə görə, Zaqatala, Qəbələ rayonlarında, Bakı ətrafı ərazilərdə və s. yerlərdə də təxminən 30-40 kiçik donuzçuluq təsərrüfatı var.
O, hazırda Azərbaycandakı donuzçuluq təsərrüfatlarında epidemioloji vəziyyətin normal olduğunu və heç bir problemin olmadığını da söyləyib.
Y.Xanvəli əlavə edib ki, Azərbaycanda donuzlar arasında Afrika taunu 2008-ci ildə Qəbələnin Nic qəsəbəsində aşkarlanmışdı. Həmin vaxt xəstəliyin yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülüb və 3 il müddətinə karantin elan edilib. Bundan sonra isə donuzların yalnız qapalı şəraitdə saxlanılmasına icazə verilib.
Xatırladaq ki, Ukraynanın 3 vilayətində Afrika taunu kütləvi şəkildə yayılıb. Bu xəstəlik nəticəsində Ukraynanın bəzi kəndlərində donuzlar arasında kütləvi ölüm faktı qeydə alınıb.