Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dillər Universitetinin elmi əməkdaşlıq şöbəsinin və ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları ilə Nanjing Universitetinin beynəlxalq təhsil sahəsində məsləhətləşmə mərkəzinin rəhbəri Bian Ventao arasında görüş keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi strukturun tədqiqat, tədris və ictimai təhsili, Çin dili kurslarının işi, ADU ilə Çinin aparıcı universitetləri arasında tələbə mübadiləsi barədə ətraflı məlumat verib.
Bian Ventao Çin universitetlərində xarici tələbələrin tədrisinin xüsusiyyətləri, təlim və təcrübə proqramları barədə danışıb, tələbə mübadiləsi proqramlarını tətbiq etmək təcrübəsini bölüşüb.
Tədbirdə çıxış edən ADU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının, universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsinin, eləcə də birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, elmi konfransların təşkilinin vacibliyini vurğulayıb.
“Qlobal əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İB-nin rəhbəri Xəyalə Məmmədova Çin universitetləri ilə əməkdaşlıq planlarından danışaraq, bunun Azərbaycan gənclərinin Çin tarixi və mədəniyyəti ilə tanışlığına və Çin dili bilik səviyyəsinin artırılmasına kömək edəcəyini qeyd edib.
Sonda çinli qonaqlara Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədilə ADU Konfutsi İnstitutunun Azərbaycan və Çin dilində hazırladığı Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş “İki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.

ADU-nun Mətbuat Xidməti


Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

Oxşar xəbərlər