Çin İctimai Elmlər Akademiyası (ÇİEA) və Xuchou Universitetinin rəhbərlik etdiyi nümayəndə heyəti, “Xaricdə Sosial Elmlər” jurnalının baş redaktoru Zhang Shuhua Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunu ziyarət ediblər.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil və maarifləndirmə fəaliyyətindən söhbət açıb, İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan elmi seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. R. Abbasov, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Dialoq üçün tərəfdaş” statusuna malik olan Azərbaycanın təcrübəsini, ŞƏT üçün aktual olan, Azərbaycanın zəngin təcrübəsinin olduğu sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib. R.Abbasov Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini xatırladaraq onun qədim İpək Yolu üzərində yerləşən Sian şəhərinə səfər etdiyini ilə tanış olduğunu bildirib. R.Abbasov çinli mütəxəssislərin iştirakı ilə Çinin “Bir kəmər və bir yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdən məmnunluğunu ifadə edən qonaqlar ADU-nun Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini, ADU-nun Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrinin gücləndirilməsinə böyük töhfə verməsini yüksək qiymətləndirib. Azərbaycanla bağlı təəssüratlarını bölüşən professor Zhang Shuhua səfər çərçivəsində maraqlı elmi konfrans keçirildiyini və Konfutsi İnstitutu ilə elmi əməkdaşlığın inkişafına böyük maraq göstərildiyini vurğulayıb.
Sonda iki təşkilat arasında elmi əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində hazırladığı, Prezident İlham Əliyevin hər iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı və Azərbaycan dilində hazırladığı ÇXR-in sədri Si Tsinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitablar hədiyyə edilib.
ADU-nun Mətbuat Xidməti