Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) bir qrup alim Azərbaycan Dillər Universitetində oldu. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun rəhbərlik etdiyi nümayəndə heyəti, “Bir kəmər və bir yol” Elmi Araşdırmalar Mərkəzi direktoru Çan Nin ilə görüşüb. Qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Iki təşkilat arasında elmi əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Rektor Kamal Abdulla Azərbaycan Dillər Universitetinin və Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, birgə elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi vaçibliyi vurğulanıb. Direktor Çan Nin rəhbərlik etdiyi elmi müəssisədə Qafqaz ölkələrini tədqiq edən fəaliyyətindən söz açaraq, görüşün çox məhsuldar keçdiyini qeyd etdi və iki müəssisələr arasında yaranan elmi əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirdi. Daha sonra Çinli nümayəndələri ADU-da fəaliyyət göstərən Konfutsi İnstutu ilə tanış olublar. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinin “Bir kəmər – bir yol” qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşən Konfutsi İnstitutunun elmi-tədqiqat fəaliyyəti, Çin fəlsəfə və tarixinə dair elmi seminarlarının mövzusü barədə qonaqlara məlumat verib. O, Ümummilli lider Heydər Əliyevin siyasi irsi barədə danışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli dostluq və əməkdaşlıq istiqamətində gördüyü işlərdən söz açıb və qonaqları müvafiq məlumat bazası ilə tanış edib. Görüşdən məmnunluğunu ifadə edən qonaqlar ADU-nun Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini, ADU-nun Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrinin gücləndirilməsinə böyük töhfə verməsini yüksək qiymətləndirib. Çindən gələn qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi Azəbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasındakı ənənəvi dostluq əlaqələrinin, çoxşaxəli əməkdaşlığın möhkəmlənməsi və inkişafı uğrunda fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı və Azərbaycan dilində nəşr olunmuş ÇXR-in Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.

ADU-nun Mətbuat Xidməti


Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olubÇin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Oxşar xəbərlər