Tədrisin keyfiyyətinin artırılması istiqamətində UNEC-də həyata keçirilən islahatlardan biri də nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq UNEC tələbələrinin 4 il təhsil müddəti ərzində UNEC diplomu ilə bərabər, Fransanın Montpellier, London Universiteti-London İqtisadiyyat Məktəbinin, İsveçin UBİS, Litvanın Mikolos Romeyros universitetlərinin də diplomlarını alması reallıqdır.
UNEC bu istiqamətdə yeni uğura imza atıb. Belə ki, bir ildən çox müddətdə aparılan danışıqların nəticəsi olaraq 12 oktyabrda İstanbulda UNEC rektoru professor Ə.Muradov və Linkoln Universitetinin rektoru, professor M.Brodsky tərəfindən ABŞ-ın Linkoln Universiteti ilə UNEC arasında ikili diplom proqramına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC tələbələri öz seçimlərinə uyğun olaraq, 1 və ya 2 il ABŞ-da oxumaqla, yaxud ABŞ-dan gələn professorların tədris etdiyi 9-12 fənni Bakıda UNEC-də dinləyib uğurla imtahan verdikdən sonra UNEC diplomu ilə yanaşı, həm də ABŞ Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər. Müqavilənin üstünlüyü həm də ondadır ki, ikili diplom proqramından həm bakalavr, həm də magistrlar bəhrələnə biləcək.
Linkoln Universiteti 1919-cu ildə yaradılıb. “San Francisco Business Times” reytinqinə əsasən, University of Californiya, Berkeley/Haas School of Business və Stanford Graduate School of Business-dən sonra “MBA Proqrams in the Greater Bay Area” da ən yaxşı MBA təhsili verən universitetdir. Məlumat üçün bildiririk ki, Ümummilli lider Heydər Əliyev Linkoln Universitetinin fəxri doktorudur.

UNEC-in Mətbuat Xidməti