UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizə verilən dəyərdir.
Bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında deyib.
Ə.Qarayev qeyd edib ki, bu tədbiri keçirmək böyük məsuliyyət tələb edir: “Biz bu tədbiri yüksək səviyyədə keçirmək üçün əlimizdən gələni edirik. İnanırıq ki, tədbir yüksək səviyyədə davam edəcək. İştirakçıların rəylərinə əsasən onlar tədbirin təşkilatçılığından razıdırlar”.
Nazir bildirib ki, sessiya çərçivəsində mühüm müzakirələr aparılır: “Sessiya çərçivəsində müxtəlif mövzularda səmərəli müzakirələr aparlır”.
Qeyd edək ki, ötən gün öz işinə başlayan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bu gün də davam edir.
Sessiyada UNESKO-ya üzv olan dövlətlərdən yüksək səviyyəli rəsmilər, o cümlədən bir çox ölkələrin baş nazirləri, baş nazir müavinləri, mədəniyyət, ətraf mühit, turizm nazirləri, həmçinin beynəlxalq təşkilatların rəhbər şəxsləri, UNESKO-nun məşvərət orqanlarının rəhbərləri, 70-ə yaxın ölkənin UNESKO yanında daimi nümayəndəsi və memarlıq, irs və ətraf mühit sahələri üzrə mütəxəssislər iştirak edirlər.
Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, Məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.
Qeyd edək ki, hazırda Qız Qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə İçərişəhər Tarixi-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya İrsi Siyahısında yer alır.
Tehsil-press.az