Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları Xədicə Əzimova və Elnur Abbasov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirilib.
Təlimdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları və müsahibələrə müstəqil ekspert qismində cəlb olunacaq nümayəndələr iştirak ediblər. İştirakçılar müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, strukturu, keçirilmə qaydaları, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumatlandırılıb. Habelə təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən komissiyanın tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib. Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat edilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
DİM-in Mətbuat Xidməti