Türkiyə əhalisi Azərbaycanı ən etibarlı dost ölkə hesab edir - SORĞU

Türkiyə əhalisi Azərbaycanı ən etibarlı dost ölkə hesab edir - SORĞU Türkiyə əhalisinin 65,3 faizi Azərbaycanı ölkənin ən etibarlı dostu hesab edir.
Bu barədə Kadir Has Universitetinin keçirdiyi sorğunun nəticələrində deyilir.
Sorğuya əsasən, rəyi soruşulanların 81,3 faizi ABŞ-ı Türkiyə üçün ən böyük təhlükə kimi görür.
Bundan başqa, respondentlərin 45 faizi Türkiyəni İslam ölkəsi, 17,6 faizi dünyəvi və Avropa ölkəsi hesab edir.
Əhalinin 61,1 faizi düşünür ki, Ankara Avropa İttifaqına qoşulmaq üçün danışıqlar aparmalıdır və beş ildən sonra ölkə Aİ-nin tamhüquqlu üzvü olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər