Ali təhsildən keçir
Rusiya sahibkarları arasında keçirilmiş sorğuya əsasən, uğurlu biznesin idarə edilməsi əhəmiyyətli dərəcədə ali təhsildən keçir. Rusiyanın "ResearchMe" tədqiqat şirkəti və "VK Business"-in birgə təşkil etdiyi sorğuya əsasən rəyi soruşulan ölkə biznesmenlərinin 70 faizi ali təhsil haqqında diplomun əhəmiyyətli olduğunu bildiriblər. Respondentlərin 54%-dən çoxu ali təhsilə malikdir, onlardan hər 3 nəfərdən birinin isə ali məktəbi bitirməsinə dair iki və daha çox diplomu var. Sorğuda iştirak edənlərin əksəriyyəti qeyd ediblər ki, təhsil zamanı alınmış biliklər onlar üçün faydalı olub.
Həmçinin respondentlərin bir qismi əlavə ediblər ki, onlar doğma ali məktəbdə lazımi səriştə və bacarıqlardan əlavə faydalı tanışlıq qurmağı da bacarıblar. Rəyi soruşulanların 1/3-i öz gələcək biznes ortaqları, 1/4-i isə biznesləri üçün investorlarla oxuduqları ali məktəbdə rastlaşdıqlarını qeyd ediblər.
Sorğu iştirakçılarının təxminən yarısı hesab edir ki, gələcək sahibkara iqtisadi təhsil almaq faydalı olacaq. Hər üç respondentdən biri marketoloq və ya hüquq təhsili almağı, 29 faizi isə idarəetməni öyrənməyi tövsiyə edir.
Sahibkarların dörddə biri təhsillərini davam etdirir. Xarici dil kursları, marketinq, proqramlaşdırma, psixologiya, həmçinin sahibkarlar üçün öyrədici proqramlar onlar arasında daha populyardır. Sorğuda iştirak etmiş biznesmenlərin 26 faizi təhsilin onlara gərək olmadığını etiraf ediblər.
Sorğuda 2,6 mindən çox respondent iştirak edib.
Bir qədər əvvəl Rusiyanın Sankt-Peterburq Dövlət Universiteti və Ümumrusiya Əmək Elmi Tədqiqat İnstitutunun birgə araşdırması göstərib ki, rusiyalıların 43 faizi sahibkar olmağa hazırdır.

Oruc MUSTAFAYEV