Varşava Universitetinin ekspertləri Dr. Jacek Gajewski, Kristof Qulda və Təhsil İnstitutunun Ali təhsilin inkişafı şöbəsinin müdiri Anar Nağıyev Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Lətif Kəngərlinski və Günay Məhərrəmova iştirak ediblər.
Qonaqları salamlayan rektor Cəfər Cəfərov universitet və filialları, tədris prosesi, qarşıda duran vəzifələr, aparılan islahatlar, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətli nəticələr əldə edilməsi məqsədilə universitetə dəvət olunmuş ekspertlər, müəllimlərin reytinq qiymətləndirilməsi, kitabxana sisteminin inkişafı üçün görülən işlər haqqında məlumat verib.
Görüşdə Azərbaycan ali təhsil müəssisələrində innovasiya və tədqiqatın inkişafının gücləndirilməsi layihəsi, layihənin məqsədləri, fəaliyyəti, hədəf qrupları müzakirə edilib.
Görüş zamanı ADPU-da təhsil alan doktorantlar, tədqiqatçılar haqqında ətraflı məlumat verən Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov elmi jurnallar və hər il çap olunan məqalələr, dissertasiya işləri və məqalələrin antiplagiat sistemdə yoxlanması məsələlərinə toxunub.
ADPU-nun tərəfdaş olduğu beynəlxalq layihələrin universitetin inkişafına faydasını qeyd edən prorektor Nigar Abbaszadə layihə çərçivəsində görülən işlərdən və əldə edilən nəticələrdən danışıb.
Görüşdə qonaqların innovasiya texnologiyaları, doktorantlar və tədqiqatçılar üçün nəzərdə tutulan layihələr barədə sualları cavablandırılıb. Sonda qonaqlar göstərilən diqqətə görə təşəkkür ediblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi