Sentyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2018-2019-cu tədris ilində 670 bal toplayaraq ADPU-nun Quba Filialının “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunmuş Nübar Rəhimova və 627 bal toplayaraq Şəki Filialının “Xarici dil müəllimliyi-ingilis dili” ixtisasına qəbul olunmuş Ayşən İmamverdiyeva və onların valideynləri ilə görüşüb. Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov da iştirak edib.
Rektor Cəfər Cəfərov gəncləri təbrik edərək onlara təhsildə və həyatda yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, müəllimlik şərəfli, müqəddəs və eyni zamanda məsuliyyətli peşədir. Müəllimlik cəmiyyətin mənəvi inkişafına, mədəni təkamülünə xidmət edən peşədir. Son illər müəllim peşəsinə maraq artıb. Ölkə rəhbərliyi pedaqoji kadr hazırlığına və müəllimlərin cəmiyyətdə ictimai nüfuzunun yüksəldilməsinə xüsusi diqqət yetirir. Təqdirəlayiq haldır ki, bu il 500-dən yüksək bal toplayaraq ADPU-ya qəbul olunmuş tələbələrin sayında sürətli inkişaf dinamikası müşahidə olunur. Bu inkişaf dinamikasını əvvəlki illərlə müqayisə etdikdə aydın şəkildə görə bilərik. Belə ki, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrdən cəmi 20 nəfəri 500-dən çox bal topladığı halda, 2017-2018-ci tədris ilində 273 nəfər 500-dən çox bal toplayıb. Bu il isə filiallarla birlikdə 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunmuş tələbələrin sayı 566 nəfərə çatıb. Builki tədris ilində filiallarla birlikdə 15 nəfər gənc 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
Səmimi və mehriban şəraitdə keçən görüşdə Nübar Rəhimova və Ayşən İmamverdiyeva göstərilən diqqətə görə ADPU-nun rəhbərliyinə təşəkkür edərək ölkəmiz üçün yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi yetişmək üçün əzmlə çalışacaqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi