Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimat mərasimi keçirilib.
Tanınmış alim və mütəxəssislərin iştirak etdikləri mərasimdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkəmizdə elmin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, rəhbərlik etdiyi elm müəssisəsində aparılan tədqiqatlar, əldə olunan nəticələr barədə məlumat verib.
“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin məziyyətlərindən danışan akademik bildirib ki, nəşr Coğrafiya İnstitutu və AMEA-nın Naxçıvan Bölməsi alimlərinin birgə gərgin əməyinin nəticəsidir.
Qeyd edilib ki, kitab üzərində işləyərkən institutun əməkdaşları işə böyük məsuliyyətlə yanaşıb, dəfələrlə muxtar respublikaya ezam olunaraq ayrı-ayrı nazirlik və idarələrdə regionda baş verən dəyişikliklər və əldə olunan nailiyyətlər haqqında məlumatlar toplayıblar. AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu işə yaxından kömək göstərib. Coğrafiya İnstitutunun təşəbbüsü ilə hazırlanan ikicildlik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dəstəyi ilə çap edilib.
R.Məmmədov Naxçıvan Muxtar Respublikasının coğrafiyası haqqında da məlumat verib.
Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov diqqətə çatdırıb ki, akademik R.Məmmədovun baş redaktorluğu ilə çap edilən ikicildliyin birinci – fiziki coğrafiya cildində zəngin təbii şəraitə və ehtiyatlara malik olan Naxçıvan Muxtar Respublikası ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılıb, alternativ enerji mənbələri, qlobal iqlim dəyişmələrinin regional təzahürü, muxtar respublikanın iqliminin insan səhhətinə təsiri kimi məsələlər də öz əksini tapıb, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.
Kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü, mərhum Elbrus Əlizadə və akademik İsmayıl Hacıyevdir. Akademik T.Talıbov, AMEA-nın müxbir üzvləri S.Məhərrəmov və T.Kəngərli, coğrafiya üzrə elmlər doktorları H Xəlilov və R.Qaşqay, coğrafiya üzrə fəlsəfə doktorları M.Həsənov, N.Bababəyli, S.Tarixazər və İ.Kuçinskaya redaksiya heyətinin üzvləridir.
“Naxçıvan Muxtar Respublikasının coğrafiyası"nın 2-ci cildi akademiklər Ramiz Məmmədov və İsmayıl Hacıyevin baş redaktorluğu, Coğrafiya İnstitutunun əməkdaşları – coğrafiya üzrə elmlər doktoru Zakir Eminov və coğrafiya üzrə fəlsəfə doktoru Nizami Eyyubovun elmi redaktorluğu ilə çap olunub. 10 fəsildən, 380 səhifədən ibarət Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi və iqtisadi-coğrafi mövqeyi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, demoqrafik proseslərin inkişaf meylləri və əhalinin məskunlaşması, sənaye, kənd təsərrüfatı və infrastrukturun əsas sahələri araşdırılmaqla, inzibati-ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə geniş təhlil edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının coğrafiyası ilə bağlı aparılan tədqiqatlardan danışıb. “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi ilə bağlı fikirlərini bildirən akademik İ.Həbibbəyli onun əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Fazil Mustafa kitabın tariximiz üçün çox dəyərli mənbə olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov ümummilli lider Heydər Əliyevin elmə daim önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. B.Əsgərov ölkəmizdə bütün sahələrdə, o cümlədən elm sahəsində böyük uğurlar qazanıldığını diqqətə çatdırıb. “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin elmimizə böyük töhfə olduğunu deyən daimi nümayəndəliyin rəhbəri kitabın nəşrində xidməti olan alim və mütəxəssislərə təşəkkürünü bildirib.
Digər çıxış edənlər də təqdim olunan kitabın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafiyasına aid kompleks məsələləri hərtərəfli işıqlandıran bu monoqrafik əsər dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin müəllim-professor heyəti, bakalavrlar, magistrlər, doktorantlar və geniş oxucu kütləsi üçün əvəzedilməz mənbədir.
Tehsil-press.az