Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsinin dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun iqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov Türkiyənin İğdır şəhərində keçirilmiş çoxistiqamətli elmi araşdırmalar mövzusunda birinci beynəlxalq konfransda iştirak ediblər.
Konfransda yeni istehsal müəssisələrinin yaradılması regionların inkişaf səviyyəsinin tarazlaşdırılmasının və məşğulluğun təmin olunmasının zəmini mövzusunda məruzə ilə çıxış edən alimlər Azərbaycanın regional siyasətinin səmərəliliyindən, bu sahədəki proseslərin elmi cəhətdən əsaslandırılmasından, regional inkişafın təminatından, həmin proseslərin məşğulluq səviyyəsinin artırılmasına təsir imkanlarından və s. məsələlərdən söz açıblar. Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikasının dinamik sosial-iqtisadi inkişafından, onun sosiallaşma səviyyəsindən, sənayeləşmə siyasətinin səmərəliliyindən, iqtisadiyyatın sənaye əhəmiyyətliliyinin artırılmasından və ölkənin səmərəli regional siyasətindəki rolundan ətraflı bəhs edilib.
Dosent Ceyhun Mahmudov iki bölmə iclasına rəhbərlik edib.
Konfrans maraqlı elmi müzakirələrlə yadda qalıb.

Kəmalə Rəhimli