Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən bir qrup əməkdaşa mükafatlar təqdim olunub.
Nazir Ceyhun Bayramov təltif olunmuş əməkdaşların dövlət qulluğunda səmərəli fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək işlərində uğurlar arzulayıb.
Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2019-cu il 22 iyun tarixli Sərəncamı ilə təltif olunanlar sırasında Təhsil Nazirliyinin əməkdaşları da var. Nazirliyin iki əməkdaşı “Tərəqqi”, digər iki əməkdaşı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülüb.

Mətbuat Xidməti