Özbəkistanda ali məktəblərə builki qəbul kampaniyası çoxlarını təəccübləndirməkdədir. Bu ildən ali məktəblərə qəbul zamanı yaş məhdudiyyətinin aradan qaldırılması qocaları hərəkətə gətirib. 80 yaşlı Tuxtamış Sultanov Səmərqənd Dövlət Universitetinin biologiyanın tədrisi metodikası fakültəsini, eləcə də Daşkənd Tibb Akademiyasının pediatriya ixtisasını seçib.
Xatırladaq ki, iyulun əvvəlində 72 yaşında bir qadın da tələbə olmaq qərarına gəlib və sənədlərini Fərqanə Dövlət Universitetinə təqdim edib. Bu barədə məlumatı Özbəkistanın Test İmtahan Mərkəzinin rəhbəri Barno Rəcəbov təsdiq edib.
Bu il ölkə tarixində ilk dəfə olaraq test sınaqları avqustun 1-dən 15-dək keçiriləcək və imtahanların nəticələri dövlət test mərkəzinin rəsmi internet saytında yerləşdirildikdən sonra növbəti gün dərc olunacaq.
Bütün imtahanlar yeni sxem üzrə keçiriləcək, proses böyük pavilyonlarda təşkil olunacaq və bütün baş verənlər videokameraların yaddaşına köçürüləcək. Bu il Özbəkistanda abituriyentlərin ali məktəblərə qəbulu prosesinə 1150-dən artıq kamera və 120-dən artıq rabitə qurğusu nəzarət edəcək.

Oruc MUSTAFAYEV