11 sentyabr teraktının təşkilatçılarından biri olan Xalid Şeyx Məhəmməd Səudiyyə Ərəbistanına qarşı çıxa bilər. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə o, Amerika hökumətinin barəsində edam cəzasını verməyəcəyi təqdirdə terror qurbanlarının ailələrinin Ər-Riyada qarşı açdığı istintaq işində əməkdaşlıq edə biləcəyini bəyan edib.
Nəşr yazır ki, müttəhim cümə günü vəkilləri tərəfindən Manhetten bölgəsindəki federal məhkəməyə göndərdiyi məktubda belə bir təkliflə çıxış edib. Orada Ər-Riyada qarşı kollektiv iddiaya 11 sentyabr hücumlarının qurbanları da daxil olmaqla 800-dən çox adamın adından baxılır.
Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub. Terror aktını həyata keçirən 19 nəfərdən 15-i Səudiyyə Ərəbistanı vətəndaşı olub.
Tehsil-press.az