Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 5-də 62,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,87 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,52 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər