Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 70,79 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,37 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,51 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,23 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər