Şahin Mustafayev çex səfirlə görüşdü

Şahin Mustafayev çex səfirlə görüşdü İqtisadiyyat naziri Şahin Mustafayev Çexiyanın Azərbaycandakı səfiri Milan Ekertlə görüşüb. Nazir Şahin Mustafayev Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların mühüm əhəmiyyətini qeyd edib.
Görüşdə nazir Şahin Mustafayev ölkəmizdə həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, çex iş adamlarını Azərbaycandakı sənaye parklarında və məhəllələrində yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.
Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Çexiya-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Keçirilən görüşlərin və aparılan müzakirələrin ikitərəfli əməkdaşlığın inkişafında önəmini qeyd edən səfir ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səy göstərəcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər