Serbiyanın qadın voleybolçuları Avropa çempionu oldular

Serbiyanın qadın voleybolçuları Avropa çempionu oldular Bu gün qadın voleybolçular arasında Avropa çempionatında qızıl medal uğrunda görüş olub.
Milli Gimnastika Arenasında Niderland və Serbiya milliləri çempion adı uğrunda üz-üzə gəliblər.
Ümumi hesabda 3:1 hesabı ilə qələbə qazanan Serbiya milli komandası Avropa çempionu olub.
Xatırladaq ki, çempionatın bürünc medallarına Türkiyə millisi layiq görülüb. Qardaş ölkə təmsilçiləri üçüncü yer uğrunda görüşdə Azərbaycan milli komandasından üstün olublar-1:3.

Təhsil-press.az

Oxşar xəbərlər