Kamran Rusiya istehsalı olan tarixi serialda baş rol aldı

Kamran Rusiya istehsalı olan tarixi serialda baş rol aldı Aktyor Kamran Ağabalayev Rusiya istehsalı olan “Rus qul” (“Russki rab”) serialında rol alacaq. Bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
Ekran işinin Türkiyədə baş tutan ilk çəkiliş günündən foto paylaşan K. Ağabalayev bunları qeyd edib:
“7 saat “casting-audition”a gecikmişdim, təyyarənin nasazlığı ucbatından! Sonra 2 saat ərzində bacardığını ortaya qoymağa məcbursan! Sonra gözləyirsən! Sonra səni ilin ən böyük tarixi janrda çəkiləcək "Русский раб", yəni "Rus qul" 12 seriyalı filmində baş rollardan birinə təsdiq edirlər!”.

Tehsil-press.az

Oxşar xəbərlər