Rusiyanın Təbiət Elmləri və Texnika Tarixi İnstitutu AMEA-nın Elm Tarixi İnstitutu ilə əməkdaşlıqda maraqlıdır

Rusiyanın Təbiət Elmləri və Texnika Tarixi İnstitutu AMEA-nın Elm Tarixi İnstitutu ilə əməkdaşlıqda maraqlıdır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) Rusiya Elmlər Akademiyasının S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova ilə görüş keçirilib.
Görüşdə ETİ-nin direktoru, tarix elmlər doktoru Məryəm Seyidbəyli rəhbərlik etdiyi elm müəssisənin tarixi, nailiyyətləri və aparılan tədqiqatlar barədə məlumat verib. O, həmçinin Azərbaycan-Rusiya əlaqələrinin tarixi, münasibətlərimizin inkişaf perspektivləri, ölkəmizin regionda strateji rolu və həyata keçirilən proqramlardan danışıb.
Sonra ETİ-nin elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlının Azərbaycan-Rusiya əlaqələrinə dair məruzələri dinlənilib.
N.Aşeulova rəhbərlik etdiyi qurumun ETİ ilə birgə layihələrin və elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər