Türkiyədə nazir müavini qəzada öldü

Türkiyədə nazir müavini qəzada öldü Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun yol qəzasında dünyasını dəyişib.
Nazir müavininin içərisində olduğu avtomobil Vanın Erciş ərazisində dərəyə yuvarlanıb. Dursun qəza zamanı dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Yaralılar Erciş Dövlət Xəstəxanasına aparılıb.
Qeyd edək ki. Ahmet Haluk Dursun Malazgird qələbəsinin 948-ci ildönümü münasibətilə Türkiyə Yazıçılar Birliyinin Malazgirddə təşkil etdiyi tədbirdən qayıdırmış.

Tehsil-press.az

Oxşar xəbərlər