19 ildən sonra arzusuna nail olub, Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi adını qazanan Günel Aslanovanın müsahibəsini təqdim edirik.
- Günel xanım, özünüzü təqdim edərdiniz...
- 2000-cu ildə Masallı şəhər 3 saylı tam orta məktəbi bitirmişəm. Ailəliyəm, 2 övladım var.
- Necə oldu ki, orta məktəbi bitirəndən uzun zaman sonra ali təhsil almaq qərarına gəldiniz?
- Dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzum idi. Erkən yaşda atamı və qardaşımı itirdim. Qardaşım könüllü olaraq Qarabağ döyüşlərinə getdi, şəhid oldu. O, çox istəyirdi ki, təhsilimi davam etdirim. Məktəbdə əlaçı olmağıma baxmayaraq, imkansızlıqdan mənim də istəyim olan onun arzusunu yerinə yetirə bilmədim.
Ailə həyatı qurdum. Gələcək həyat yoldaşıma əvvəlcədən ali təhsil almaq arzusunda olduğumu bildirdim. Ailə qayğıları, övladlarımın tərbiyəsi ilə məşğul olmaq məni oxumaqdan məhrum etdi. Lakin heç zaman fikrimdən daşınmadım. Qismət belə imiş.
- Nə zamandan qəbula hazırlaşmağa başladınız?
- Qeyd etdiyim kimi, orta məktəbi əla qiymətlərlə başa vurdum. İstəyim dini təhsil almaq idi. Keçən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yarandı, qərara gəldim ki, hazırlaşım, bu ali təhsil müəssisəsinə qəbul olum. Doğrudur, keçən il sənədlərimi vermək istədim. Lakin sənəd qəbulunun nə zaman başlayacağından xəbərsiz olduğum üçün vaxt ötdü, gecikdim, amma ruhdan düşmədim. Bu il isə 2 aydan da az vaxtda hazırlaşaraq DİM-in qəbul imtahanlarında iştirak etdim, 320 bal topladım.
- Azərbaycan İlahiyyat İnstitutunu seçməkdə məqsədiniz nədir?
- 10 yaşımdan Ərəb və fars dillərini öyrənməyə başlamışdım. Elə həmin dövrdən Qurani Kərimi oxuyurdum. Arzulayırdım ki, ali dini təhsil alım və dini elmi əsaslarla gənc nəslə öyrədim. Qoy insanlar İslam dini deyəndə onu mollalıq, cəhalət kimi başa düşməsin, onun mütərəqqi cəhətlərini dərk etsinlər.
- İnstituta artıq qəbul olmusunuz. Nə düşünürsünüz?
- Məqsədim İslam dini və digər dinləri daha mükəmməl öyrənmək və insanlara doğru şəkildə çatdırmaqdır. Təhsilimi magistratura və doktorantura səviyyələrində də davam etdirmək istəyirəm.

Aİİ-nin Mətbuat Xidməti