Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.
“Yay məktəbi”nin növbəti günü Bursa Uludağ Universiteti İlahiyyat fakültəsinin professoru, Din sosiologiyası müəllimi Vejdi Bilgin Türkiyədə keçmişdə və hazırda mövcud olan dini həyat və xidmətlərdən bəhs edib. Dinə zaman-zaman müxtəlif yanaşmaların mövcud olduğunu qeyd edən prof. Vejdi Bilgin bu sahədə görülən işlərdən, Dəyanət İşləri Başqanlığının yaradılmasının əhəmiyyətindən danışıb. Hazırda mövcud olan İlahiyyat fakültələri, burada təhsil alan tələbələr haqqında da ətraflı məlumat verib. V.Bilgin, həmçinin dini maarifləndirmə sahəsində nəşrlərin önəmini vurğulayıb.
Maraqla qarşılanan mühazirədə professor V.Bilgin tələbələrin çoxsaylı suallarını cavablandırıb.
21 iyul – 05 avqust 2019-cu il tarixdə baş tutan “Yay məktəbi” çərçivəsində tələbələrə müxtəlif fənlər tədris olunub. Həmçinin onların dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin artırılması, müxtəlif ölkələrin dini həyatı haqqında məlumatların əldə olunması məqsədilə fərqli peşə sahiblərinin, tanınmış ilahiyyatçıların iştirakı ilə seminar və konfranslar təşkil edilib.
Qeyd edək ki, Aİİ tələbələrin dini biliklərinin zənginləşdirilməsində, müxtəlif ölkələrdə mövcud olan dini həyatın canlı şahidi olması məqsədi ilə tanınmış dünya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır. Bu səbəbdən bir sıra ölkələrə səfərlər təşkil edilib. Müxtəlif universitetlər ilə əməkdaşlıq əməkdaşlıq müqavilələri imzalanıb.
Məlumat üçün bildirək ki, hər il nəzərdə tutulan Yay və Qış məktəblərinin gələcəkdə dünyanın tanınmış universitetlərinin ilahiyyat fakültələri ilə birgə həyata keçirilməsi planlaşdırılır.
Türkiyənin Bursa şəhərində keçirilən növbəti “Yay məktəbi” isə Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Cümhuriyyətinin Təhsil Nazirliyi və Dəyanət İşləri Başqanlığı arasında razılaşmaya əsasən təşkil olunub.
Aİİ-nin Mətbuat Xidməti