Türkiyənin İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) baş direktoru Xalid Ərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Rektor Ceyhun Məmmədov görüşün iki qurum arasında əlaqələrin inkişafına təkan verəcəyini söyləyib.
Rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu din siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
C.Məmmədov Aİİ-nin fəaliyyəti haqqında məlumat verib, institutun əsas vəzifəsinin Azərbaycanda yüksək dini biliklərə, zəngin dünya görüşə malik mütəxəssislərin hazırlanması olduğunu qeyd edib.
Xalid Ərən Aİİ-nin yaradılmasını Azərbaycanda dini təhsil sahəsində atılmış vacib bir addım kimi dəyərləndirib. Qonaq təmsil etdiyi mərkəzin İlahiyyat İnstitutu ilə əməkdaşlığa hazır olduğunu, birgə beynəlxalq konfransların, seminarların keçirilməsinin, tədqiqatların aparılmasının mümkünlüyünü qeyd edib.
Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən X.Ərən qarşılıqlı əlaqələrin təşkili istiqamətində mümkün olan bütün addımların atılacağını bildirib.
Sonra qonaq institutun kitabxanası ilə tanış olub. Rektor kitabxanada İslam tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid olmaqla, Azərbaycan, türk və ərəb dillərində 13 mindən çox kitabın saxlanıldığını söyləyib.

Aİİ-nin Mətbuat Xidməti