Keçmiş nazir Ukraynaya qayıdan kimi saxlanıldı

Keçmiş nazir Ukraynaya qayıdan kimi saxlanıldı Kiyevin “Julyanı” hava limanında Ukraynanın keçmiş Səhiyyə naziri Raisa Boqatıryova saxlanılıb. Viktor Yanukoviçin prezidentliyi dövründə vəzifə sahibi olan qadın Minskdən gəlib.
Keçmiş nazir büdcə vəsaiti ilə böyük məbləğdə fırıldaqçılıq etməkdə şübhəli bilinir. KİV onun beş ilə yaxın müddət ərzində Ukraynaya gəlmədiyini dəqiqləşdirib.
Qeyd edək ki, 2014-cü ilin oktyabrında Ukraynanın Baş Prokurorluğu tərəfindən axtarılan Boqatıryova 2015-ci il yanvarın 12-də beynəlxalq axtarışa verilmişdi. Bu günədək onun harada olması haqda məlumat olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər