“Eşq olsun Ukraynaya!” - Saakaşvili

“Eşq olsun Ukraynaya!” - Saakaşvili Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.
Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru olan Saakaşvili bu haqda Feysbuk hesabında paylaşım edib. Tanınmış siyasətçi Ukrayanın yeni prezidentinə sözügedən qərarına görə təşəkkürünü bildirib.
“Eşq olsun Ukraynaya!”, - deyə Saakaşvili bildirib.
Qeyd edək ki, Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə 2016-ci ilin mayında Ukraynanın keçmiş prezidenti Petro Poroşenko tərəfindən təyin edilmişdi. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırmış və vətəndaşlığını əlindən almışdı. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoymuşdu.

Tehsil-press.az


Oxşar xəbərlər