Rusiyanın “Eurovision” iştirakçısını Ukraynaya buraxmaya bilərlər

Rusiyanın “Eurovision” iştirakçısını Ukraynaya buraxmaya bilərlər Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib ki, Rusiyanın “Eurovision” təmsilçisi kimi Yuliya Samoylovanı seçməsi təxribatdır.

Tehsil-press.az xəbər verir ki, nazirin sözlərinə görə, müğənni 2015-ci ildə Krım yarımadasını zityarət edib.
“Ukrayna Təhlükəsizlik Xidməti onu yoxlayır, əgər bu deyilənlər doğrudursa. Qanun hamı üçün eyni olmalıdır. Rusiya artıq neçə ildir ki, təxribatla məşğuldur”, - Klimkin deyib.
Ukraynanın bu bəyanatının müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi tərəfindən necə qarşılanacağı hələlik məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər