Saakaşvili Ukraynaya qayıdacaq

Saakaşvili Ukraynaya qayıdacaq Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib.
Hazırda Hollandiyada yaşayan Saakaşvili aprelin 1-də Kiyevə gedəcəyini bəyan edib.
Bu barədə jurnalist Dmitri Qordona müsahibə verən qubernator bildirib ki, artıq həmin tarixə biletini də alıb:
“Aprelin 1-də “Borispol”da enməyi düşünürəm. Əminəm ki, Poroşenko seçkilərin ikinci turuna keçə bilməyəcək. Və bundan daha çox əmin olduğum odur ki, turu keçməyən şəxsin əmrini-məni Ukraynaya buraxmamağı heç bir sərhədçi yerinə yetirməyəcək”.
Qeyd edək ki, M.Saakaşvili 2018-ci il fevralın 12-də Ukraynadan Polşaya deportasiya edilmişdi. O, daha sonra Hollandiyaya köçərək orada yaşamağa başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər