Rusiya 4 günlük iş rejiminə keçə bilər - NƏ VAXT?

Rusiya 4 günlük iş rejiminə keçə bilər - NƏ VAXT? Rusiyalılar həftədə dördgünlük iş rejiminə keçə bilər, lakin bu 40-50 ildən sonra ola bilər.
Bunu Rusiyanın Əmək və Sosial Müdafiə naziri Maksim Topilin deyib.
Eyni zamanda nazir bildirib ki, dördgünlük iş həftəsinə keçidin iqtisadiyyata təsiri öyrənilir.
Qeyd edək ki, bir müddət əvvəl, ölkənin Baş naziri Dmitri Medvedyev texnologiyaların inkişafı ilə əlaqədar həftədə iş günlərinin 4 günədək azala biləcəyini demişdi.

Tehsil-press.az

Oxşar xəbərlər