Nazir: Rusiya İrandan ildə 5 milyon ton neft ala bilər

Nazir: Rusiya İrandan ildə 5 milyon ton neft ala bilər İran ilə imzalanmış ikitərəfli sazişə əsasən Rusiya bu ölkədən sutkada 100 min barrel, ildə 5 milyon ton neft ala bilər. Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O, bildirib ki, bu sxemin reallaşması üçün mexanizm razılaşdırılmalıdır. Qeyd edək ki, fevralda İranın ISNA agentliyi məlumat yaymışdı ki, Rusiya İrandan gün ərzində alacağı 100 min barrel neftin əvəzini yarı nağd pul, yarı mal və xidmətlərlə ödəyəcək.

Təhsil-press.az

Oxşar xəbərlər